Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib

Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib
18 Yanvar 2018
Mətni dəyiş

ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq.

Bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.

B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.

Dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun