Tbilisidə metrostansiyanın tavanının hissələri çöküb, Daxili İşlər Nazirliyi 11 nəfərin xəsarət aldığını bildirir.
İnsident yanvarın 30-da Varketili metrostansiyasında baş verib.
Xəstəxanaya aparılanlar arasında bir polis əməkdaşının olduğu bildirilir.
Müvəqqəti bağlanmış stansiyaya polis və xilasedicilər göndərilib.
Tbilisi Şəhər Nəqliyyat Polisi insidentlə bağlı araşdırmaya başlayıb.
Tbilisinin meri Kakha Kaladze insidentdən sonra stansiyaya baş çəkib. O, jurnalistlərə deyib ki, metrostansiya ötən il təmir olunub.
Mer insidentə görə məsuliyyət daşıyanların mühakimə olunacağını sözlərinə əlavə edib.