Təhlil: Türkiyə universitetləri nə işə yarayır?

Təhlil: Türkiyə universitetləri nə işə yarayır?
11 Yanvar 2018
Mətni dəyiş

Türkiyə iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Türkiyə iqtisadiyyatının 2019-cu ildə 4 faiz artacağını gözləyən Dünya Bankına (DB) əsasən, ölkənin bu müsbət görünüşündə əhalinin işləyən hissəsinin sürətlə artan sayı rol oynayır.

Bununla belə Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Tələbə Qiymətləndirilməsi Proqramı (BTQP) ilə birlikdə tez-tez Türkiyənin təhsil sisteminin qlobal standartlarla üst-üstə düşmədiyini diqqətə çatdırır.

Türkiyədə təhsil və bacarıq səviyyəsi, rəqabətə davamlı və dinamik bilik əsaslı iqtisadiyyatı təmin edən beynəlxalq standartlardan geri qalır.

Ən pisi isə yaxşılaşmaq əvəzinə Türkiyənin orta təhsil üzrə reytinqi sürətlə aşağı enir. Dünya İqtisadi Forumuna görə, 2008-ci ildə 91-ci yerdə gələn Türkiyə, 2016-2017-ci illərdə 105-ci yerə qədər geriləyib.

Həmçinin oxuyunU.S. News və World Report tərəfindən dərc olunan Ən Yaxşı Qlobal Universitetlər reytinqlərində universitetlərin gerilədiyi müşahidə olunur.İstanbulda yerləşən Boğaziçi Universiteti, paytaxt Ankaradakı Orta Doğu Teknik Universiteti (ODTÜ) və İstanbul Teknik Universiteti kimi Türkiyənin ən nüfuzlu akademik təsisatlarının hamısı, 2018-ci il Ən Yaxşı Qlobal Universitetlər sıralamasında aşağı düşüblər. Buraya 74 başqa ölkənin 1250 universiteti də daxildir. Yəqin ki, bir çoxu bundan təəccüblənmir. Türkiyədəki universitet sektoru heç də xoş günlər yaşamır. 2016-cı ilin iyulunda baş verən uğursuz çevriliş cəhdindən sonra, təxminən 5000 akademik işindən qovulub. Onlarla tanınmış alim həbs olunub. Minlərlə tələbə universitetlərdən xaric edilib. Müxtəlif fövqəladə fərmanlar vasitəsilə universitetlərin sahib olduqları müstəqillik əllərindən alınıb.

Hazırda Türkiyə ciddi şəkildə akademiklər, intellektuallar və peşakarlar qıtlığı yaşayır. Bu qədər insan kapitalı itkisinin təsirləri artıq özünü göstərir. Əsas müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) deyir ki, son aylarda ölkəni tərk edən ali savadlı işçilərin sayı dörd dəfə artıb.

Türkiyə universitetləri Türkiyənin yumşaq gücünün mühüm hissəsi sayılmalı idi. Xarici tələbələrin qəbulu nəinki Türkiyə iqtisadiyyatına kömək olur, eləcə də həmin tələbələrin vətənləri ilə münasibətləri yaxşı mənada uzun müddətə gücləndirir.

Türkiyədə xarici tələbələrin əksəriyyətini azərbaycanlı tələbələr təşkil edir.

Həm türk, həm də xarici tələbələr, öz akademik seçimləri üzrə ən nüfuzlu universiteti seçirlər.

Boğaziçi
Boğaziçi universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir

Əfsuslar olsun ki, Boğaziçi Universiteti və Orta Doğu Teknik Universiteti kimi ölkənin ən prestijli və uğurlu univeristetləri, dövlət siyasətçiləri tərəfindən nəzarət altına alınıblar.

Ən sonuncu hədəf Türkiyənin beynəlxalq miqyasda da ən yaxşı sayılan Boğaziçi Universiteti olub. Prezident Recep Tayyip Erdoğan Boğaziçi məzunları qarşısında çıxışı zamanı bildirib ki, universitetlərinin qlobal sima olmamasının səbəbi "milli dəyərlərə zəif yanaşmasıdır".

O həmçinin, Boğaziçi işçiləri və tələbələrini ölkələrinə qarşı düşmən münasibətdə və universitetin məzunu olan ölkənin bir çox tanınmış simaları narahat etməkdə günahlandırıb.

Akademiklər, şərhçilər və müxalif siyasətçilər, universitet azad olmazsa, heç bir inkişafdan söz gedə bilməməsi barədə yekdildirlər. Elmi tədqiqatlar və azad fikrin təmin olunduğu təqdirdə universitetlər öz işini görmüş olarlar.

Erdogan and Davutoglu
Meral Aksener prezident Erdoğanın çıxışının əsl hədəfinin bir vaxtlar prezidentin ən yaxın müttəfiqlərindən biri "işdən qovulan keçmiş baç nazir Ahmet Davutoğlu" olduğunu iddia edib

Prezidentin (yerli və milli) universitet tələbinə etiraz olaraq, bir çoxları Boğaziçi Universitetinin qlobal bilik, normalar, dəyərlər və əxlaqa malik elm adamları yetişdirmək qabilliyini vurğulayıbıar.

Keçmiş Daxili İşlər naziri və sağçı siyasətçi Meral Aksener-in isə prezidentin ölkənin ən yaxşı universitetini hədəf almasına başqa cür cavab verir.

"Prezident Boğaziçi Universitetinə qarşı çıxış etmirdi. Əksinə işdən qovulan keçmiş baş nazir Ahmet Davutoğlu-ya bir mesaj yollayırdı."

Əsl hədəf eks-nazir olsa da belə, Boğaziçi universitetinin ən məşhur məzunlarından biri olan cənab Davutoğlu hələ cavab verməyib.

Firdevs Robinson Türkiyə və region barədə təhlillərin müəllifidir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun