Suriyada ardıcıl partlayışlar baş verib.
Türkiyə KİV-nin məlumatına görə, Suriyanın İdlib şəhərində ard-arda 4 partlayış baş verib.
Məlumata görə, ardıcıl şəkildə 4 minalanmış avtomobil partladılıb.
Hadisə nəticəsində ən azı 30 nəfər ölüb. Daha 70 nəfərin yaralandığı bildirilir.
Hələ ki, partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.