Şimali Koreyada yanvarın 20-dən sonra avtomobil yolları pullu olacaq.
RİA “Novosti” xəbər verir ki, bu məlumat Rusiyanın Şimali Koreyadakı səfirliyinin Facebook səhifəsində yayılıb.
İnformasiyaya əsasən, Pxenyan-Vonsan sürətli turist yoluda ödənişli olacaq.
“Bundan sonra yay mövsümündə Şimali Koreyanın paytaxtından Yapon dənizinin şərq sahillərində isitrahət etməyi sevənlər öz avtomobilləri üçün iki tərəfə 8 avro ödəməli olacaq”, - deyə səfirlik bildirib.