Şimali Koreya gələn həftə yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Danışıqların əsas predmeti Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq. Bundan əlavə, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsi də müzakirə olunacaq.
Danışıqların Cənubi Koreyanın son təklifinfə qeyd olunan tarixdə - yanvarın 9da keçirilməsi planlaşdırılır.
Daha öncə KXDR prezidenti Kim Jong Un öz ölkəsinin Cənubi Koreyada keçirikəcək qış Olimpiya oyunlarında çıxış etməsini təklif etmişdi. Cənubi Koreya isə buna qarşılıq olaraq, danışıqlar aparmağa təşəbbüs göstərmişdi.