Sementin qiyməti qaldırılıb

Sementin qiyməti qaldırılıb
8 Yanvar 2018
Mətni dəyiş

Markasından asılı olaraq “Holcim” sementinin kisəsinin qiyməti 30-50 qəpik bahalaşdırılıb. Bu barədə Marja.az şirkətdəki mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, yeni artırılmış qiymətlər dekabrın 15-dən elan edilib.

Bildirilir ki, yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib.

Azərbaycanın digər sement istehsalçıları da qiymətləri qaldırıblar.

Sement bahalaşdığı üçün bir sıra tikinti şirkətləri mənzillərin kvadrat metrinin qiymətini təxminən 30-50 manat qaldırmağı müzakirə edirlər. Ekspertlər ehtimal edir ki, hazırda mənzil satışları yüksək olmadığından tikinti şirkətləri qiymət artımına getməyə də bilərlər.

Digər bir məlumata görə, Bakıda pilot layihələr üzrə aparılan tikinti işlərinin sürətlənməsi sementə təlabatı artırıb. Paytaxt rayonlarında köhnə binalar sökülərək yerində daha iri yaşayış kompleksləri tikilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun