Yanvarın 2-də Bakı və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı bildirilir.
Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.
Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.
Gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Ölkənin bir çox rayonlarına da yağış, dağlıq rayonlara isə qar yağacağı bildirilir. Gecə 4-6, gündüz 7-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.