Səudiyyə Ərəbistanında daha 11 şahzadənin saxlandığı bildirilir

Səudiyyə Ərəbistanında daha 11 şahzadənin saxlandığı bildirilir
7 Yanvar 2018
Mətni dəyiş

Reuters-in məlumatına görə, onlar kral ailə üzvləri xərclərinin bir qisminin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılmasına etiraz etdiklərinə görə saxlanıblar.

Söhbət xüsusilə elektirk enerjisi, su və digər kommunal xidmətlərdən gedir.

Reuters ərəb saytlarına istinadla xəbər verir ki, narazı şahzadələretiraz bildirmək üçün Ər-Ryaddakı kral sarayına toplaşıblarmış.

Amma rəsmilər hələ ki, bu məlumatı şərh etməyiblər. Kral Salmanın islahatlar fərmanında həmçinin əlavə dəyər vergisi və digər tədbirlər nəzərdə tutulur.

Hakimiyyət neftin ucuzlaşması fonunsa xəzinənin sabitliyini qorumağa çalaışır.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanında kral ailə üzvləri də daxil olmaqla bir sıra yüksək səlahiyyətli məmurlar və biznesmenlər korrupsiya ittihamı ilə saxlanmışdılar.

Amma əksəriyyəti xəzinəyə xeyli vəsait verməyə razılaşdıqdan sonra azad olundular.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun