"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı jurnalist Əfqan Muxtarlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü qəti şəkildə pisləyib.
Təşkilatın bəyanatında məhkəmə prosesi qeyri-obyektiv, irəli sürülmüş ittihamlar isə əsassız və saxta adlandırılır.
Təşkilatın fikrincə, bu hökm, digər məqsədlərlə yanaşı, jurnalistin həmkarlarını qorxutmaq məqsədi daşıyır.
"Bu hökm Əfqanın mühacirətdə olan həmkarlarına dəhşətli siqnaldır. Yalnız beynəlxalq ictimaiyyətin çox sərt mövqeyi onları bu cür cəzalardan qoruya bilər", sənəddə qeyd edilir.
Xatırladaq ki, Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə müəammalı şəkildə yoxa çıxıb. Həmin gün o Azərbaycan hüquq mühafizə orqanları tərəfindən jurnalistin Azərbaycan ərazisində saxlanıldığı bildirlib. Əfqan Muxtarlı Tbilisidə Gürcüstan polisi tərəfindən oğurlanaraq Azərbaycan tərəfinə təhvil verildiyini bildirib. Bu zaman onun cibinə 10 min avro qoyublar və onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər.
Muxtarlı Gürcüstana daimi yaşamaq hüququ almışdı. Soin üç ili Tbilisidə yaşayıb. Azərbaycanın müxalif nəşrləri ilə işləyir, Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarının araşdırılması ilə məşğul olub.