Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasında qış sessiyası çərçivəsində prezident və vitse-prezident seçkiləri keçirilib.
Abzas.net xəbər verir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilib.
Səməd Seyidovdan başqa daha 17 deputat vitse-prezident postunda təmsil olunacaq.
AŞPA-nın prezidenti postuna İtaliyadan olan deputat Michele Nikoletti seçilib.