Rusiyanın Suriyadakı hərbi bazası atəşə tutulub: 2 hərbçi ölüb

Rusiyanın Suriyadakı hərbi bazası atəşə tutulub: 2 hərbçi ölüb
4 Yanvar 2018
Mətni dəyiş

Rusiyanını Suriyadakı "Hmeymim" hərbi bazası minalardan atəşə tutulub.

Abzas.net xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum 2017-ci il dekabrın 31-də hava qaralarkən baş verib.

Hadisə nəticəsində 2 hərbçi ölüb.

Bundan əlavə, Rusiyanın Müdafiə Nazirliyi hücum zamanı bazada olan 7 rus təyyarəsinin məhv edilməsi barədə məlumatların gerçəyi əks etdirmədiyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun