Moskva Polisi müxalifətçi Aleksei Navalny-nı saxlayıb. AzadlıqRadiosunda olan məlumata görə, o yanvarın 28-də Tverskoy küçəsində aksiyaçılara qoşulmağa gedərkən saxlanıb.Onunla yanaşı bir neçə nəfərin də saxlandığı bildirilir. Moskva və Sankt-Peterburqda keçirilən aksiyalara yüzlərlə adam qatılıb.
Polis aksiyaçıları dağılışmağa çağırır.
Polis Moskva və Sankt Peterburqda da fəalları saxlayır
Moskva polisi Aleksei Navalny-nın paytaxtdakı qərargahının keçmiş rəhbəri Nikolai Lyaskini saxlayıb.
Bu barədə yanvarın 28-də Azadlıq Radiosu məlumat verir. Lyaskin evindən çıxıb mitinqin keçiriləcəyi Tverskoy küçəsinə gedərkən saxlanıb.
Bu gün orda Navalny-nın çağırışı ilə “Seçicilərin tətili” şüarı ilə mitinq gözlənir.
Bundan əvvəl Moskvada Navalny-nın qərargahının indiki rəhbəri Sergei Boyko və daha 6 fəal da saxlanıb.
Hənminin Sankt-Peterburqda Navalny-nın tərəfdarlarının saxlandığı bildirilir.
Polis Navalny-nın “Korrupsiya ilə mübarizə fondu”nun Moskvadakı ofisindən komuterlər, kameralar və digər avadanlıqları götürüb.
Bu barədə ftəşkilatın direktoru Roman Rubanov məlumat verib.
Navalny deyib ki, polisin bütün səylərinə, izlənməsinə baxmayaraq, evindən çıxıb aksiyaçılara qoşulacaq.
Rusiyada müxalifətçi Aleksei Navalny-nın çağırışı ilə keçirilən etiraz aksiyalarında pilis fəalları saxlamağa başlayıb.
Navalny tərəfdarlarını ölkədə keçiriləcək prezident seçkilərini baykot etməyə çağırır.
Artıq Sibirin Vladivostok, Novosibirsk, Tomsk, İrkutsk, Omsk, Maqadan,Yakutsk, Kemerovo və Barnaul şəhərlərində korrupsiya əleyhinə aksiyalar keçirilib.
Vladivostokun mərkəzində keçirilən aksiyada “Seçkiyə, seçki olanda gedəcəm”, “Putin ölkənin gələcəyini yeyir” kimi plakatlar qaldırılıb.
Həmçinin Uralın Çelyabinsk və Samara şəhərlərində etiraz aksiyaları keçirilib.
Polis Navalnının Moskva ofisindəki televiziya studiyasını bağlasa da, onun YouTube-dakı kanalı aksiyaları canlı yayımlayıb.
“Navalny LİVE” portalı yanvarın 28-də artıq Kemerovada onlarla aksiyaçının saxlandığını xəbər verir.
Bundan əvvəl müxalifətçinin Kemerovadakı qərargahının koordinatoru Kseniya Paxomovanın saxlandığı xəbər verilmişdi.
Onu taksidən çıxararaq aparıblar.
Paxomovanın sözlərinə görə polis bir neçə gün imiş ki, onu izləyirmiş, qohumları və yaxınlarına isə təzyiqlər edilirmiş.
Kemerovada keçirilən aksiya Tomskda olduğu kimi, şəhər hakimiyyəti ilə razılaşdırılmayıb.
Tomskda da polis Navalny-nın yerli qərargahının koordinatoru Ksenya Fadaevi və daha10-a yaxın fəalı saxlayıb.
Aksiyalar zamanı polislə elə bir qarşıdurma və ya təxribat olmayıb.
Aleksei Navalny Kremlin və şəxsən prezident Vladimir Putinin sərt tənqidçisi kimi tanınır.
O hakimiyyəti, xüsusilə Putin və onun yaxın ətrafını korrupsiyada ittiham edir.