Rəhim Qazıyevin anası vəfat edib

Rəhim Qazıyevin anası vəfat edib
30 Yanvar 2018
Mətni dəyiş
Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevin anası Libadə Qazıyeva 96 yaşında vəfat edib.

O, Şəki şəhərində dəfn ediləcək.

R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun