Qazaxıstanda sərnişin avtobusu yanıb.
Today.kz-nun məlumatına görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov açıqlama verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.
Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.
Yanğının başvermə səbəbləri araşdırılır.