Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyünün vaxtı açıqlanıb

Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyünün vaxtı açıqlanıb
16 Yanvar 2018
Mətni dəyiş

Avropa Komissiyasının Qərbi Balkanlar strategiyası layihəsində Serbiya və Çernoqoriyanın (Monteneqro) 2025-ci ildə Avropa İttifaqı üzvlüyünə hazır olacağı, habelə Albaniya, Bosniya-Herseqovinanın, Kosovo və Makedoniyanın üzvlük prosesinin sürətləndiriləcəyi bildirilir.

Fevralın 6-da rəsmən açıqlanacağı gözlənilən strategiyada deyilir ki, balkanların 6 ölkəsi üçün “tarixi imkan pəncərəsi” açılır.

Bu da qeyd olunur ki, üzvlüyə qəbul prosesi tezliklə işçi çərçivəyə salınacaq. Lakin sənəddə bildirlir ki, üzvlük üçün qoyulmuş vaxtın realist olması bu ölkələrin həqqətən də güclü islahatlar aparmaq iradəsindən asılı olacaq.

Sənəddə deyilir ki, bu mənada 2019-cu il həlledici il olmalıdır.

Starategiya sənədinə görə Makedoniya və Albaniya ilə üzvlük danışıqları 2019-cu ilin sonunadək başlanmalıdır. Amma bunun üçün Albaniya ədliyyə sahəsinə aid islahatları həyata keçirməli, Makedoniya isə Yuqoslaviya dağılandan bəri Yunanıstanla öz arasında davam edən ad mübahisəsini həll etməlidir.

Yunanıstan və Makedoniya danışıqçıları bu mübahisəni çözmək məqsədilə yanvarın 17-də Nyu Yorkda görüşməlidirlər.

Hər iki ölkənin liderləri, eləcə də BMT-nin bu məsələ ilə məşğul xüsusi nümayəndəsi Matthew Nimetz ümid etdiklərini bildiriblər ki, mübahisə 2018-ci ildə həllini tapacaq.

2019-cu ildə habelə Bosniya-Herseqovinaya namizəd ölkə statusunun verilıməsi nəzərdə tutulur.

Sənəddə deyilir ki, Serbiya və Kosovo ən geci bu müddətədək öz aralarındakı münasibətləri normallaşdırmalı olacaqlar.

Belqrad və Priştina arasında Avropa İttifaqının egidası altında keçirilən danışıqlar prosesində artıq bir sıra sahələrdə, o cümlədən hərəkət azadlığı, ədliyyə və Kosovodakı serb azlığının vəziyyəti məsələsində razılaşmalar əldə olunub. Bunlar Serbiyaya və Kosovoya Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanması imkanı verəcək.

Qərbi Balkan ölkələri arasında mürəkkəb münasibətləri nəzərə alan sənəddə xəbərdarlıq edilir ki, Avropa İttifaqı ikitərəfli mübahisələri “idxal” etmək niyyətində deyil və məhz buna görə də bu ölkələr öz aralarında olan bütün münasibətləri üzvlük prosesinədək həll etməlidirlər.

Sənəddə deyilir ki, Avropa İttifaqı və Serbiya, habelə Çernoqoriya arasında üzvlük danışıqları 2023-cü ilədək başa çatmalı, eyni ildə Bosniya ilə danışıqlara başlanmalıdır. Serbiya və Çernoqoriyanın Aİ üzvlüyünə qəbul edilməsinə dair qərar 2015-ci ildə bütün üzv ölkələr tərəfindən ratifikasiya edilməlidir.

Bu da vurğulanır ki, vaxt cədvəli optimaldır və nəzərdə tutulan proseslər az və ya çox sürətlə davam edə bilər.

Bu strategiya sənədi qarşıdan gələn mart ayında Aİ üzv ölkələri arasında müzakirə olunmalıdır. Bundan sonra mayın 17-də Sofiyada Aİ-Qərbi Balkanlar sammitinin keçirilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun