Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi
12 Yanvar 2018
Mətni dəyiş
Məhkəmənin hökmü ilə Əfqan Muxtarlıya 6il həbs cəzası verilib. ***

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Abzas.net xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokurordan sonra vəkillər Elçin Sadıqov və Nemət Kərimli çıxış etdilər. Vəkillər son sözlərində bildirdilər ki, təkzibolunmaz sübutlara baxmayaraq məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətlərin heç birini təmin etmədi. Bundan əlavə, şahidlərin bir birinin ifadələrini dinləməsinə şərait yaradaraq məhkəmə konkret pozuntuya verdi.

Vəkillərdən sonra Əfqan Muxtarlı məhkəmədə son sözünü deyib. Jurnalistin son sözündən sonra məhkəmə müşavirəyə gedib. İclas 14:30-da davam edəcək.

Xatırlatma

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.

Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun