Perunun paytaxtı Lima yaxınlığında avtobus dərəyə aşıb.
Abzas.net xəbər verir ki, Limadan 70 km aralıqda baş verib.
Yüksək sürətlə hərəkət edən avtobus başqa bir avtomobillə toqquşub. Nəticədə içində 50 sərnişin olan nəqliyyat vasitəsi 100 metr dərinlikdə yerləşən dərəyə aşıb.
Hadisə nəticəsində sərnişinlərdən 48-i ölüb.
Hadisə yerinə xeyli sayda təcili yardım və xilasedicilər cəlb edilsə də, sərnişinlərin əksəriyyətinin həyatını xilas etmək mümkün olmayıb.