Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub.
“RİA Novsoti” xəbər verir ki, bu barədə yerli Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumata əsasən, indiyə kimi 3 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlərin olduğu bildirilir.
Batan balıqçı gəmisi Liberiya bayrağı altında üzürmüş. Yük gəmisinin heyəti arasında zərərçəkən olmayıb.