Rusiyanın Perm şəhərində məktəbdə kütləvi dava baş verib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbin şagirdləri arasında kütləvi dava düşüb.
Hadisə nəticəsində ən azı 15 nəfərin yaralandığı bildirilir.
Yaralılardan 12 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri davanı ayırmağa çalışan zaman bıçaq zərbəsi alan müəllimdir. Digər yaralananların hamısı şagirdlərdi.
Davanın səbəbləri barədə məlumat verilməsə də, təşkilatçının əvvəllər bu məktəbdə oxumuş bir gənc olduğu bildirilir.