Türkiyə Suriyanın şimalında Vaşınqtonun dəstəklədiyi Demokratik Suriya Qüvvələri koalisiysından olan kürdlərə qarşı əməliyyat barədə ABŞ-ı əvvəlcədən məlumatlandırmışdı. Reuters-n məlumatına görə, bunu bazar günü jurnalistlərə ABŞ müdafiə naziri Ceyms Mettis deyib. “Türkiyə səmimi idi. Onlar aviasiya göndərməzdən əvvəl bizi xəbərdar etdilər və məsləhətləşmə apardılar”, - deyə Pentaqon rəhbəri bildirib.