Pence-in Yaxın Şərqə gözlənilən səfəri baş tutacaq

Pence-in Yaxın Şərqə gözlənilən səfəri baş tutacaq
9 Yanvar 2018
Mətni dəyiş

Yanvar ayının sonunda ABŞ-ın vitse-prezidenti Mike Pence Yaxın Şərqə səfər edəcək.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Pence-nin İsrail, Misir və İordaniyanı ziyarət edəcək.

“Vitse-prezident Pence prezident Donald Trump-ın adından İsrail, İordaniya və Misirə səfər edəcək. Səfərin yanvarın 19-dan 23-dək baş tutacağı planlaşdırılır”, - deyə, mətbuat xidmətinin açıqlamasına qeyd edilib.

Pence-nin Yaxın Şərqə səfəri ötən il baş tutmalı idi. Lakin Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasından sonra gərginləşən vəziyyətin fonunda bu səfər təxirə salınmışdı.

Bundan əlavə, bu hadisəyə etiraz olaraq Fələstin rəhbərliyi ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun