Ölkə boyunca etirazlar planlaşdırılır - Rusiya

Ölkə boyunca etirazlar planlaşdırılır - Rusiya
25 Yanvar 2018
Mətni dəyiş
Rusiya polisi 18 mart prezident seçkisi öncəsi etirazlarda istənilən qanun pozuntusunun qarşısını "kəskin şəkildə” alacaq. Bunu yanvarın 25-də Daxili İşlər Nazirliyinin rəsmisi deyib.
Üç gün sonra ölkə boyunca etirazlar planlaşdırılır. Müxalifət lideri Aleksey Navalnı prezident seçkisini boykot çağırışına dəstək məqsədiylə sakinləri nümayişlərə səsləyib.
Moskvada polis şöbəsinin rəsmiləriyə görüşdə daxili işlər nazirinin birinci müavini Aleksandr qorovoi deyib ki, polis vətəndaşların konstitusiya və digər qanunvericiliyə uyğun olaraq toplantı keçirmək azadlığına sayqıyla yanaşacaq.
Amma nazir müavini onu da əlavə edib ki, "bu qanunların istənilən şəkildə pozulması tamamilə kəskin şəkildə önlənəcək”. Xəbəri RIA dövlət xəbər agentliyi yayıb.
Navalnı-nin barəsində məhkəmə hökmləri əsas gətirilərək seçkiyə namizədliyi qeydə alınmayıb. Özüysə ittihamların onun seçkidən kənarlaşdırılmasından ötrü saxtalaşdırıldığını deyir.
Navalnı seçkini prezident Vladimir Putin-in "yenidən təyinatı” adlandırıb, rusiyalıları seçkiyə getməməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun