Yanvarın 30-dan Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.
Bu barədə Turan-a komissiya üzvü, "Konstitusiya" araşdırmalar mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, komissiya əfv haqqında müraciəti araşdıracaq. İşlər başa çatdıqdan sonra dövlət başçısına əfv oluna biləcək şəxslərin siyahısı təqdim ediləcək.
Novruz bayramına (20-21 mart) qədər növbəti böyük əfv olacağı istisna deyil.