Nigeriyada naməlum silahlı şəxslər kilsədən qayıdan dinc sakinlərə hücum ediblər.
Abzas.net xəbər verir ki, hadisə Nigeriyanın Rivers ştatında baş verib.
Hadisə nəticəsində ən azı 21 nəfərin öldüyü bildirilir.
Baş vermiş hadisəyə görə, heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.