"Qəbələ"nin prezidenti Tale Heydərov "Əlincə”nin bazasını almağa hazırlaşır.
"Fanat.az"-ın məlumatına görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.
Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.
Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.