NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Curtis Scaparrotti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə görüşəcək.
Rusiya mətbuatının məlumatına görə, görüş Bakıda keçiriləcək. Görüşün yanvar ayında baş tutacağı bildirilir.
2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Joseph Dunford arasında görüş məhz Bakıda keçirilib.
Daha sonra, sentyabr ayında isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.