Müsavat funksionerinə qarşı yeni ittiham irəli sürülüb

Müsavat funksionerinə qarşı yeni ittiham irəli sürülüb
7 Yanvar 2018
Mətni dəyiş

Müsavat Partiyası Şirvan Təşkilatının sədri Əlikram Xurşidova daha bir ittiham irəli sürülüb. Bu barədə vəkil Nemət Kərimli açıqlama verib. 

Vəkil bildirib ki, qərara görə, şərlənmə əməlinə əlavə olaraq 315.2-ci maddə (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ilə müqavimət) ilə də tövsif olunub. Onun sözlərinə görə, artıq istintaq yekunlaşır.

Partiyanın Məclis üzvü Əlikram Xurşidov noyabrın 22-də saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Noyabrın 24-də Şirvan Rayon Məhkəməsinin qərarı ilə Ə.Xurşidov haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.

Müsavat Partiyası Əlikram Xurşudovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən "xuliqanlıq”da təqsirləndirilib. Ona qarşı yazılan "şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun