Mühacirin atası polisə aparılıb

Mühacirin atası polisə aparılıb
13 Yanvar 2018
Mətni dəyiş

Fransada yaşayan mühacir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd Mirzəlinin atasının yanvarın 13-ü Göyçay Rayon Polis Şöbəsinə çağrıldığı, ordan Bakıya - Daxili İşlər Nazirliyinə (DİN) aparılıb.

Bu haqda Məhəmməd Mirzəlinin özü məlumat verib.

M.Mirəzilinin deməsinə görə, atasını onun tənqidi mövqeyinə görə incidirlər: “Atamın polisə aparılmasına səbəb hakimiyyəti tənqid edən videoları sosial şəbəkələrdə yaymağımdır. Bu həm də ilk dəfə deyil ki, atamı polisə aparırlar. 2016-cı, 2017-ci ildə də belə olub. Hətta məndən övlad kimi imtina ərizəsi də yazdırıblar”.

Onun sözlərinə görə, bu gün, yanvarın 13-ü polisdən atasına zəng gəlıb. Atası polisə gedib. Polisdə olan zaman atası ona telefonla bildirib ki, Bakıya - Daxili İşlər Nazirliyinə aparılır.

M.Mirzəlinin dediyinə görə, atası Fazil Mirzəliyev polisə və DİN-ə aparılmasının səbəbləri barədə heç nə deməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun