MTRŞ-da ayrılan 3 milyonun necə bölünəcəyi ilə bağlı müzakirə aparılıb

MTRŞ-da ayrılan 3 milyonun necə bölünəcəyi ilə bağlı müzakirə aparılıb
19 Yanvar 2018
Mətni dəyiş

Bu gün Milli Televiziya və Radio Şurasında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamının icrasına dair görüş keçirilib.

Görüşdə “Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası və “ARB” televiziyasının rəhbərləri də iştirak ediblər.

Məlumata görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılması ölkə prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanıb.

Bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun