Yanvarın 29-da, Bakı vaxtilə səhər saat 10 radələrində Meydan TV-nin “Facebook” səhifəsi hakerlərin hücumuna məruz qalıb və silinib.
Həmin şəxslər Meydan TV-nin “Facebook” hesabında admin imtiyazı qazanmaqla digər istifadəçiləri hesabından silib. Həmçinin səhifəyə gələn ismarıcları silməyə başlayıblar. Bir saat içərisində Meydan TV-nin “Facebook” hesabının Azərbaycan, rus və ingilis dillərində olan səhifələrini çatımsız edib.
Yanvarın əvvəlindən başlayaraq Meydan TV əməkdaşlarının səhifələrinə, e-mail ünvanlarına hücumlar olub. Bundan başqa, Meydan TV-nin “Youtube” hesabına qarşı saxta müəlliflik hüququ ilə şikayətlər edilib. Bütün bunların koordinasiyalı şəkildə həyata keçirildiyi güman edilir.
Meydan TV “Facebook” rəhbərliyi ilə əlaqə saxlayıb və hesabın mümkün qədər tez bərpa etmək üçün çalışır.