Yanvarın 8-də Fransa prezidenti Emmanuel Macron Çinə səfər edib. Bu Macron-un Fransa prezidenti kimi Çinə ilk səfəridir.
Məlumata görə, səfər çərçivəsində o, Çin prezidenti Xi Jinping görüşəcək.
Daha sonra, Macron-la Xi Jinping-in ticarət, dünyadakı münaqişələri və iqlim dəyişikiyini müzakirə edəcəyi gözlənilir.
Macron Çin prezidentinə hədiyyə gətirməyi də unutmayıb. O, Xi Jinping-ə Vezuvi adlı at hədiyyə edib.
Bu səfərdən öncə Macron-la ABŞ prezidenti Donald Trump arasında telefon danışığı olub. Telefon danışığı zamanı Şimali Koreya və İrandakı vəziyyət müzakirə predmeti olub.