Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmadı

Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmadı
5 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 5-də Balakən Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü, jurnalist Əfqan Muxtarlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barəsində verdiyi vəsatətə baxılıb.

Abzas.net xəbər verir ki, ötən həftə jurnalistin ailə üzvlərindən 3 nəfəri itirməsini, baş verən bu faciəni nəzərə alaraq, onun ev dustaqlığına buraxılması ilə bağlı vəkil Nemət Kərimlinin verdiyi vəsatət təmin edilməyib.

Əfqan Muxtarlı məhkəmədə vəkilin verdiyi vəsatətə münasibət bildirib:

"Narahat olmayın, heç yerə qaça bilmərəm. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev kolun dibində gizlənib. Nə mən qaça bilərəm, nə də o buraxar".

Məhkəmədə iştirak etmək istəyənlərin qeydiyyatı aparılıb. Məhkəmənin açıq olduğunu bildirib, qeydiyyatdan keçmək istəməyənlərin etirazları qəbul edilməyib.

Xatırlatma

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.

Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.

Mayın 31-i Səbail rayon məhkəməsi Əfqan Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri seçib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Əfqan Muxtarlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun