Lavrov: “Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"

Lavrov: “Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"
19 Yanvar 2018
Mətni dəyiş

Rusiya  XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə S.Lavrov  BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib.

“Rusiyanın Nüvə Silahlarının Qadağan Olunması Müqaviləsinə qoşulmaq niyyəti yoxdur. Çünki hesab edirik ki, nüvə silahının ləğvi yalnız ümumi, hərtərəfli və tam silahsızlaşdırılma kontekstində, Nüvə Silahının Yayılmaması haqqında müqavilə ilə hamı üçün (o cümlədən nüvə ölkələri üçün) nəzərdə tutulmuş bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür”, - deyə Lavrov qeyd edib.

S.Lavrov Rusiyanın nüvə partlayışlarına qoyulan qadağanın uzadılmasını dəstəklədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun