Yanvarın 9-da Şimali və Cənubi Koreya nümayəndə heyətləri arasında görüş baş tutub.
Bu barədə Rusiya KİV-i məlumat verib. Məlumata görə, görüş Pxanmuncom sərhəd məntəqəsində, qapalı şəkildə keçirilib.
Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə naziri rəhbəri Cho Min Gun, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin rəhbəri Li Son Quon rəhbərlik edib.
Əsas müzakirələrin görüşün başlıca səbəbi olan qış Olimpiya oyunları ətrafında aparıldığı bildirilir.
Ümumilikdə görüşdə razılaşmanın əldə olunduğu qeyd edilib. Belə ki, Şimali Koreya idmançıl, rəqqas, musiqiçi və aktyorlardan ibarət nümayəndə heyətini yarışa göndərəcək.