Kabildə hərbi akademiyaya hücum nəticəsində 11 əsgər ölüb, 16 nəfər yaralanıb

Kabildə hərbi akademiyaya hücum nəticəsində 11 əsgər ölüb, 16 nəfər yaralanıb
29 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 29-da Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiya yaxınlığındakı mühafizə postuna silahlı hücum olub.

Abzas.net xəbər verir ki, bu barədə yerli xəbər agentlikləri verib.

Məlumata görə, hadisə nəticəsində azı 11 əsgər ölüb. Daha 16 nəfərin yaralandığı bildirilir.

Hücumda 4 nəfər silahlı şəxsin iştirak etdiyi bildirilir.

Baş vermiş hadisəyə görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması öz üzərinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun