Kəmərdə baş verən sızma səbəbindən Zaqatalaya qazın verilişi dayandırılıb

Kəmərdə baş verən sızma səbəbindən Zaqatalaya qazın verilişi dayandırılıb
26 Yanvar 2018
Mətni dəyiş

Zaqatalaya təbii qazın verilişi dayandırılıb.

Rayona verən təbii qaz saat 14.30 radələrindən kəsilib.

Zaqatala Qaz İstismarı İdarəsindən bildirilib ki, buna 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub.

Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun