İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu

İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu
16 Yanvar 2018
Mətni dəyiş
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Bu barədə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir".

Z.Qasımlı bildirib ki, axtarışlar aparmaq üçün Türkiyədən iki mütəxəssis gətirilib: "Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".

Ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun