Qəzza sektorunda və İordan çayının Qərb sahilində polislə toqquşmalarda yaralanan fələstinlilərin sayı 290 nəfərə çatıb.
Bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Erab al-Fukaha bildirib.
“İordan çayının Qərb sahilində və Qəzza sektorunda yaralı fələstinlilərin sayı 290 nəfərdir. Onlardan 45-i döyüş, 30-u rezin güllələrdən və 215 nəfəri qaz nəticəsində xəsarət alıblar”, - deyə o bildirib.
Bununla yanaşı, Qəzza sektorunun Səhiyyə Nazirliyindən bildirilib ki, toqquşmalar zamanı heç kim ciddi xəsarət almayıb.
Fələstinin yaşayış məntəqələri arasında narazılıqlar artıq ay yarımdan çoxdur davam edir. Regionda vəziyyət ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra pisləşib.