İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın həbs edildiyi bildirilir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın həbs edildiyi bildirilir
7 Yanvar 2018
Mətni dəyiş

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

Bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, M.Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb.

Eks-prezident ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar.

M.Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun