İranda matəm elan olunub

İranda matəm elan olunub
15 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 15-də İranda milli matəm günü elan olunub.

İrana məxsus tankerin Çin sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində 32 nəfər ekipaj üzvünün həlak olduğu bildirilib.

İran höküməti bu hadisə ilə əlaqədar olaraq, 15 yanvar tarixini ölkədə  matəm günü elan edib.

Yanvarın 6-da baş vermiş hadisə zamanı ticarət gəmisi ilə toqquşan tankerdə öncə yanğın başlayıb, daha sonra partlayış baş verib.

Tankerdə olan 32 nəfər ekipaj üzvünün hamısı həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun