Iranda keçirilən etiraz aksiyalarında həbs olunanlar edam oluna bilər.
Abzas.net xəbər verir ki, bu barədə İran İnqilab Məhkəməsinin sədri Hojatoleslam Kazanfarabadi açıqlama verib.
Kazanfarabadi-nin sözlərinə görə, həbs olunan aksiya iştirakçıları "Allahı sevməməkdə" ittiham oluna bilər. Buna görə onları edam hökmü gözləyir:
"Hər keçən gün həbs edilənləri daha ağır cəzalar gözləyir. Onlara etirazçı yox, dövlətin orqanlarına zərbə vurmaq istəyən üsyançı münasibəti göstəriləcək."
İnqilab Məhkəməsinin sədri həbs olunanların dəqiq sayı barədə məlumat verməyib. Qeyri-rəsmi məlumatlara görə, 700-ə yaxın etirazçı həbs edilib. Onlardan ən azı 450 nəfəri paytaxt Tehranda həbs edilib. İranın daxili işlər nazirinin müavininin sözlərinə görə, həbs edilənlərin 90 faizinin yaşı 25-dən aşağıdı.
Dekabrın 28-də İranın Məşəd şəhərində qiymət artımına etiraz mitinqi başlayıb. Daha sonra etiraz dalğası ölkənin bir çox şəhərlərinə və əyalətlərinə yayılıb.