İran hökuməti sosial media şəbəkələrinə məhdudiyyətlər qoymağa başlayıb.
Xəbər verilir ki,dördüncü gününə qədəm qoyan geniş antihökumət aksiyalarının iştirakçıları hərəkətlərini koordinasiya etmək üçün bu şəbəkələrdən istifadə edirlər.
Dekabrın 28-də Məşhəddə başlayıb bütün ölkəyə yayılan antihökumət nümayişləri 2009-cu ildən bəri ən güclü etirazlar sayılır.
İrib dövlət agentliyinin verdiyi xəbərə görə Telegram və Instagram fotopaylaşma platformalarına qoyulmuş məhdudiyyətlər “müvəqqəti” xarakter daşıyır.
Hökumət bildirir ki, bu tədbirə “cəmiyyətin asayiş və təhlükəsizliyinin təminatı üçün əl atlılıb”.