İntihar etmək çıxış yolu deyil - Elmir Mirzəyev

İntihar etmək çıxış yolu deyil - Elmir Mirzəyev
9 Yanvar 2018
Mətni dəyiş

Elmir Mirzəyev

Ona görə yox ki, "olmaz", ona görə də yox ki, "din buna icazə vermir", və ya "həyat gözəldir", yaxud Ləman nəbilimnəqızı deyəcək ki, "onnansa gedib 5 dənə erməni öldürəydi".

Hətta gedənin yaxınları, onların iztirablarını misal çəkmək mənasızdır, əgər vəziyyət bu hala gəlibsə. Özüm neçə dəfə etmək fikrində olmuşam, çox gözəl bilirəm bu halı.

Amma yenə də çıxış deyil bu, çünki ən azından maddənin itməməsi qanunu var, əvvəllər deyirdilər Lomonosovun qanunudur, indi məlum olub ki, yox, onun deyilmiş, taa bilmirəm kim kəşf edib o qanunu, amma o var və mövcuddur. Maddənin itməməsi qanunu. "Loru dildə" bir yerə gedən, başqa yerdə peyda olur. Hansısa başqa formada. Hökmən.

Belədirsə heç bir şey dəyişməyəcək, istər burda, istər "orda".

Burda, ya orda, fərqi yoxdu, biz bunu keçməliyik, nəyə görə, yenə kimsə bilməz, mən də bilmirəm, amma proses daha vacibdir, nəinki nəticə - həmişə olduğu kimi.

Bu (həyat adlanan) prosesi keçməklə həmin o maddənin itməməsi qanunu deformasiya edilir, yəni tədricən dəyişilir hər şey, metamorfozaya uğrayır, hər şeyin dəyişməsi də zaman tələb edir, haman, bu saat dəyişilən çox az nəsnə olur. Əgər proses keçilməyibsə, sadəcə abort edilibsə, istənilən halda silsilə formasında davam edəcək, çünki təbiət, atmosfer, biologiya, fizika, kimya və tarixdə hər şey silsilə ilə davam edir.

Nə qədər iztirablı və əzablı yollar olsa da (həyat adlanan) prosesi keçmək mütləqdir, çünki keçilməsə çətin nəsə dəyişsin. Proses başqa formada yenidən qayıdacaq.

Çıxış yolu deyil intihar.

Etməyin.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun