Prezident İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Mohammed Barkindo ilə görüşüb.
İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb.