Saxalində müstəntiqlər "Vostok" adlı Rusiya balıqçı gəmisi itkin düşəndən sonra istintaqa başlayıb.
Gəmidə 21 nəfər olub, onlardan iki nəfərin azərbaycanlı olduğu və hər ikisinin Rusiya vətəndaşı olduğu bildirilir.
Bunu BBC Azərbaycancaya Saxalin vilayətinin dispora təşkilatının sədri Nazir Hətəmov deyib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır.
Nazir Hətəmov deyib ki, hazırda Saxalin vilayətində hava şəraiti çox pisdir.
Gəmi Cənubi Koreyadan Saxalinin Xolmsk limanına yollanırdı.