İran prezidenti deyib ki, bütün rəsmilər tənqid edilə bilər və nümayişçiləri iqtisadi məsələlərdən daha çox bu maraqlandırır.
Həsən Ruhani sosial mediaya tətbiq edilən məhdudiyyətlərin ləğvinə çağırıb.
İranda nümayişlər artıq ikinci həftədir davam edir. Hökumət Instagram və Telegram kimi mesaj platformalarını bağlamışdı. Bazar günü Instagram açılsa da, Telegram hələ də bağlıdır.
İranın ədliyyə nazirinin mavini Həmid Şəhriyari aparıcı üsyankarların nəzarət altına alındığını və onların kəskin şəkildə cəzalandırılacağını bildirib.
Son nümayişlər 2009-ci ildən bəri İranda keçirilən ən genişmiqyaslı etiraz aksiyalarıdır. İnsanlar ərzaq qiymətlərinin artması, işsizlikdən şikayət etməklə yanaşı, hökumətdə islahatlara cağırıb.
Son günlər hökuməti dəstəkləyənlər də yürüşlər təşkil edir.
İran liderləri etirazlara görə xarici qüvvələri ittiham edir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran xalqının etiraz etmək hüququna malik olduğunu desə də, Amerikanın Yaxın Şərqdəki müttəfiqlərinin etiraz haqqı olmadığını bildirib.