İsa Qəmbərin səhhəti yaxşılaşır

İsa Qəmbərin səhhəti yaxşılaşır
16 Yanvar 2018
Mətni dəyiş

«İsa Qəmbərin durumu yaxşılaşır, belə davam etdiyi halda onu palataya köçürəcəyik».

Bunu İ.Qəmbəri müalicə edən kardioloq Firdovsi İbrahimov bildirib.

Həkim İ.Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini də istisna etməyib və xarici ölkədə müalicəyə ehtiyac olmadığını söyləyib.

İ.Qəmbərin xanımı Aida Qəmbər də həyat yoldaşının səhhətinin yaxşı olduğunu deyib. O vurğulayıb ki, İ.Qənbərin müalicədən ötrü xarici ölkəyə aparılmasına ehtiyac olduğunu düşünmür.

Yanvarın 13-də səhhətində problem yaranan İ.Qəmbər elə həmin gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra İ.Qəmbərin ürəyinə stent qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun