Gürcüstan prezidenti Saakashvilini əfv etməyəcəyini bildirib

Gürcüstan prezidenti Saakashvilini əfv etməyəcəyini bildirib
17 Yanvar 2018
Mətni dəyiş

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili sabiq prezident Mikheil Saakashvili əfv etməkdən imtina edib.

O bu barədə “Rustavi 2” kanalına müsahibəsində deyib.

“Hansı məntiqə görə Saakashvilini əfv etməliyəm? Gürcüstan prezidenti əfv etməli, prokurorluğun, məhkəmənin səhvlərini düzəltməlidir?“, - deyə G.Marqvelaşvili qeyd edib.

O bildirib ki, əfv məhkəmə səhvinin düzəldilməsi deyil, mərhəmət göstərməkdir.

G.Marqvelaşvili Saakashvilini köhnə ənənələrə uyğun işləyən məhkəmə və prokurorluq sistemi yaratmaqda da ittiham edib, hökumətin bu sistemi hələ də aradan qaldıra bilmədiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 5-də Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mikheil Saakashviliyə qiyabi hökm oxunub.

Sandro Qirqvliani işi ilə bağlı M. Saakashvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

M. Saakashvili “xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.

İstintaqın məlumatına əsasən, M. Saakashvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.

Saakashvili isə  Tbilisi şəhər məhkəməsinin qərarını qanunsuz adlandırıb və qərarın Gürcüstanın keçmiş baş naziri, “Qazprom”un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verildiyini iddia edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun