Goranboyda kütləvi dava: ölən var

Goranboyda kütləvi dava: ölən var
5 Yanvar 2018
Mətni dəyiş

Goranboyda kütləvi dava olub.

Hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, dava Dəlməmmədlidəki marketlərdən birinə hücum zamanı baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun